Türkiyənin qərbindəki 6,2 gücündə zəlzələ Mərmərə dənizində 12 km dərinlikdə baş verib. Bina çöküb, yaralananlar var. Əhali küçələrə axışıb. 

Arazpress.com xəbər verir ki, ekspertlər daha ciddi xəbərdarlıqlar ediblər:

“Bölgədə 7,0 – 7,6 bal gücündə zəlzələlər ola bilər.  Bugünkü zəlzələ güclüdür və afterşoklar olması mümkündür”.

Xatırladaq ki, aprelin 23-də İstanbulda 6,2 bal gücündə yeraltı təkanlar qeydə alınıb və təhlükə yaradıb.

araz.az xəbər portalı.