Bakıda qəribə hadisənin üstü açıldı. Belə ki, yetkinlik yaşına çatmayan qızları evində gizlədən taksi sürücüsü ələ keçib. Məlum olub ki, o, polis tərəfindən axtarışın aparılmasını bildiyi halda, məlumat vermirmiş.

Belə bir taksi sürücüsü Sabunçu RPİ əməkdaşları tərəfindən saxlanılaraq, məsuliyyətə cəlb edilib. Məlum olub ki, o,  yaxın qohumu olduğu halda, Maştağa qəsəbəsində ailə üzvlərini məlumatlandırmadan itkin düşmüş kimi axtarışı aparılan 2008-ci il təvəllüdlü A.H və 2007-ci il təvəllüdlü R.H ad-soyadlı qızların yerini gizli saxlayıb.

Qızlar polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə tapılıblar. İndi polis əməkdaşları taksi sürücüsünün bu məsələdəki niyyətini araşdırır.

A. MƏMMƏDLİ

araz.az xəbər portalı.