
Arazpress.com xarici mətbuatın verdiyi məlumatlara istinadən bildirir ki, ABŞ prezidenti Donald Tramp İrandan neft və ya neft-kimya məhsulları alan ölkələri hədələyib. O, həmin ölkələrin “ikinci dərəcəli sanksiyalar”a məruz qalacağını bəyan eidb.
ABŞ lideri bildirib ki, heç bir ölkəyə İranla belə ticarət əlaqəsinə girməyə imkan verilməyəcək:
“İrandan istənilən miqdarda neft və ya neft-kimya məhsulları alan hər hansı ölkə və ya şəxs dərhal ikinci dərəcəli sanksiyalara məruz qalacaq. Onların ABŞ-la heç bir formada iş imkanı yaratması da mümkünsüz olacaq”.
araz.az xəbər portalı.