“Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun Məhəmməd adlı oğlunun həyat yoldaşına qarşı etdiyi zorakılıqla bağlı məlumat istər sosial şəbəkə siqmentlərində, istərsə də mətbuatda sürətlə yayılmaqdadır. Bu məlumatın dezinformasiya, yaxud həqiqət olduğu barədə hələ ki, nəsə qəti şəkildə söyləmək mümkün deyil”.

Arazpress.com xəbər verir ki, bunları AMİP funksioneri, politoloq Əli Orucov deyib. Onun sözlərinə görə, görünən odur ki, bu məlumatlar təsadüfən dövrəyə buraxılmayıb:

“Ya M.Pənahovdan qısas almaq istəyənlər var, ya da hakimiyyət onu yola salmaq qərarına gəlib. Ancaq hər iki halda MSK sədri urvatsız edilir”.

araz.az xəbər portalı.