7GÜN.AZ saytının təsisçisi və Baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Cavid Şirəliyevin anası Zahirə xanımın GundemXeber.Az saytına ünvanladığı şikayət məktubunu Arazpress.com da olduğu kimi dərc edir:

“Sizə bildirirəm ki, oğluma haqsız yerə cinayət işi açılıb. Cavidin özünün iddia etdiyinə görə, qəzet səhifəsində dərc etdiyi məqalələrə görə onu sifarişli şəkildə həbs ediblər.

5 fevral, 2025-ci il tarixində cinayət işi üzrə iş Bakı Şəhər Ağır Cinayətlər Məhkəməsinə verilib. İşi aşağıdakı hakimlərdən ibarət məhkəmə tərkibinə təhvil veriblər:  

1. Elmir Rüstəmov  
2. Aytən Əliyeva  
3. Vüqar Quliyev  

Qanunvericiliyin tələbinə əsasən, məhkəmə icraat işlərini götürməməli və işi prokurorluğa qaytarmalı idi. Sual yarana bilər: Niyə?

Çünki ilkin istintaq dövründə istintaq aparan müstəntiq İlkin İmanov, 4 vərəqdən ibarət ittiham aktını tərtib edərkən “Cinayət Prosesual Məcəlləsinin 289-cu maddəsinin” tələblərinə riayət etməyib.

İstintaq sənədlərində kobud pozuntular aşkar edilib:

1. Tarix və imza uyğunsuzluğu;

Müstəntiq İlkin İmanov, ittiham aktını 31 yanvar 2025-ci il tarixində (saat 14:15) Nərimanov Rayon Polis İdarəsində tərtib etməyə başlamış, lakin sənədin tarixini 28 yanvar 2025-ci il (saat 16:00) kimi qeyd edib. Bu, həm tarixin səhv qeyd edilməsi, həm də sənədin tərtib yeri ilə bağlı qeyri-müəyyənlikdir.

2. Prokurorun nəzarət pozuntusu;

Nərimanov rayonunun prokuroru Hidayət Nurəlibəyov və baş müstəntiq İlkin İmanov tərəfindən imzalanan sənədlərdə kobud səhvlər mövcuddur.

3. Vaxt çərçivəsinin pozulması.

İşin 15 gün ərzində baxılması qanuni tələb olsa da, 75 gün sonra (21 aprel, 2025-ci il) iclas keçirilib.

Əlavə qanunsuzluqlar:  

— 19 fevral 2025-ci il tarixinə təyin edilmiş hazırlıq iclası, ittiham aktındakı səhvlərə görə ləğv edilib;                            — Prokuror və müstəntiqə səhvlərini düzəltmək üçün şərait yaradılıb, onlar bu imkandan istifadə edib işin içində olan kobud səhfləri bu vaxt ərzində düzəldib yenidən məhkəmə icraatına veriblər.

Mənim vasitəçiliyimlə məhkəmə bu pozuntuları yaxından araşdırdı və onları “dəhşətli” və “böyük biabırçılıq” adlandırdı. Qanuni tələblər nəzərə alınmadan qəbul edilən qərarlar, ədalət prinsiplərinə ziddir.

Tələb:

Cinayət işinin kobud prosesual pozuntular əsasında prokurorluğa qaytarılması və Cavid Şirəliyevin haqlı şəkildə azad edilməsi vacibdir. 

Zahirə xanım, 
5 fevral, 2025-ci il”.

araz.az xəbər portalı.