“Müxalif Cümhuriyyət Xalq Partiyasının rəhbəri Özgür Özələ hücum edən şəxs uşaqları qətlə yetirməkdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilib”.

Arazpress.com xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç “X” sosial şəbəkəsində yazıb.

“Bu şəxs 2004-cü ildə iki uşağını qəsdən öldürmək və digər iki uşağını qəsdən yaralamaq cinayətlərinə görə İsgəndərun Birinci Ağır Cinayətlər Məhkəməsi tərəfindən iki ömürlük və bir əlavə müddətə (bir neçə il) cəzaya məhkum edilib”, — nazir yazıb.

O, əlavə edib ki, sözügedən şəxs 16 il cəzaçəkmə müəssisəsində yatdıqdan sonra 2020-ci ildə azadlığa çıxıb.

Özələ hücum mayın 4-də İstanbulda siyasətçi təhlükəsizlik işçiləri və partiya yoldaşlarının müşayiəti ilə Atatürk Mədəniyyət Mərkəzində keçirilən tədbirdən çıxarkən baş verib. Bu zaman camaat arasından bir nəfər ona tərəf sıçrayaraq ovucu ilə alın nahiyəsinə bərk zərbə endirib. Siyasətçi heç bir gözə çarpan xəsarət almayıb. Hücum edən şəxs dərhal saxlanılıb. Onun adı istintaqın maraqları naminə açıqlanmır.

Saxlanılan şəxs siyasətçiyə partiya yemək kartı verməkdən imtina etdiyinə görə qəzəbləndiyini izah edib. Üç dəfə məhkum olunmuş 66 yaşlı türkün sözlərinə görə, imtinanı onun partiya üzvü olmaması ilə izah ediblər.

araz.az xəbər portalı.