
«Hindistan və Pakistan arasında gərginlik nüvə müharibəsinə çevrilə bilər».
Arazpress.com xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif deyib.
O, «Geo News» televiziyasına müsahibəsində bildirib ki, 26 nəfərin ölümü ilə nəticələnən hücum geniş müharibə riskini yaradıb:
«Əgər onlar — Hindistan bölgədə genişmiqyaslı müharibəyə başlasalar, o zaman təhlükəni dəf etmək üçün hər an nüvə silahları işə slaına bilər. Bu, ilk böyük nüvə müharibəsinə çevrilə bilər. Ona görə Yeni Dehli hökuməti düşüncəsiz addımdan çəkinməlidir. Onlar bizi nüvə müharibəsinə sövq edərsə, bunun bütün nəticələrini yaşayacaqlar».
araz.az xəbər portalı.