
Hindistanın Pakistana hücumları nəticəsində ölən və yaralananların sayı durmadan artır.
Arazpress.com xəbər verir ki, ölənlərin sayı 31-ə, yaralıların sayı isə 57-yə çatıb.
Qeyd edək ki, mayın 7-də Hindistan Pakistanın üç şəhərinə raket zərbələri endirib. Pakistan da öz növbəsində qarşı tərəfin hədəflərinə hücum edib.
İki ölkə arasında gərginlik hələ də davam edir. Mövcud durum baş verənlərin yaxşı olmayacağını göstərir. /axar.az/
araz.az xəbər portalı.