May ayının 12-dən 19-dək respublika ərazisində “ Piyadalar, diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyi keçiriləcək.

Arazpress.com bildirir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, tədbir çərçivəsində piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarına qarşı nəzarət-profilaktik tədbirlərin artırılması ilə yanaşı, əhali arasında təbliğat-təşviqat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi nəzərdə tutulur.

araz.az xəbər portalı.