Azərbaycan Texnologiya Universitetinin baş müəllimi Ədalət Məcid oğlu Ramazanov dünyasını dəyişib.

Arazpress.com Unikal-a istinadən xəbər verir ki, bu barədə universitetin özündən məlumat yayılıb.

Məlumatda bildirilib ki, o, Kimya və metallurgiya mühəndisliyi kafedrasında işləyib. Ali məktəbin müəllim və tələbə kollektivləri arasında hörmət-rəğbət sahibi kimi ad çıxarıb.  Son vaxtlar xəstəlikdən əziyyət çəkirmiş. 

araz.az xəbər portalı.