9 May — Qələbə günü ilə bağlı “Georgi lenti” bağlayıb, SSRİ bayrağının altında tədbir keçirən İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov işdən çıxarıldı.

Bəs, onun yerinə kimi təyin etdilər? Vahid Tağıyevi (Fotoda işarələmişəm, S. Səmədovun sağında dayanıb — müəllif)!

Vahid Tağıyevin də yaxasında “Georgi lenti” var və mənə verilən məlumata görə tədbirin bu şəkildə keçirilməsinin təşəbbüskarı da məhz o olub. Hətta tədbirdə nümayiş etdirmək üçün “Stalinin başı”nı da Bakıdan o gətirib.

Keçəl Həsən, Həsən keçəl, nə fərqi var?!

V. Tağıyev S. Səmədovun müavini idi.

Görünən budur ki, “iş” planlı olub və sədri “Georgi lenti”nə görə çıxarmayıblar. Yəni, hoya düşməyin.

Dünən baş ofisi Bakıda yerləşən Ağsaqqallar Şurasının aparat rəhbəri İmişliyə gedib və Vahid Tağıyevi yeni sədr seçiblər. İdarə heyətinin 26 nəfər üzvü olsa da, cəmi 7 nəfərin iştirakı ilə seçim həyata keçirilib.

Madam ki belə olacaqdı, elə Səməd Səmədov öz vəzifəsində qalardı da!

Qısası, insanlar qəzəblidir, söyməyə adam axtarırlar. Bu dəfə S. Səmədov “tora düşdü”.

Samir FEYRUZOV,
araşdırmaçı-jurnalist.

 

araz.az xəbər portalı.