Bu barədə şirkətin mətbuat xidmətindən Arazpress.com-a daxil olan məlumatda deyilir.  Məlumatın tam mətni belədir:

“Dəyərli media nümayəndələri!

Məlum olduğu kimi, Veysəloğlu Şirkətlər Qrupu, Azərbaycan Mətbuat Şurası və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin birgə təşkilatçılığı ilə media subyektlərinin (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu, televiziya və radio) nümayəndələri arasında “Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusunda araşdırma müsabiqəsi keçirilir.

Keçirilən müsabiqənin məqsədi ölkəmizdə orta və kiçik sahibkarlığın inkişafında pərakəndə ticarət sektorunun rolu ilə bağlı ictimai məlumatlılığın artırılması, bu istiqamətdə jurnalist araşdırmalarının təşviq edilməsi və belə materialların ərsəyə gəlməsində peşəkar mediaya dəstək göstərilməsidir.

Hazırda müxtəlif qurumların təmsilçiləri olan ekspertlər tərəfindən müsabiqəyə daxil olmuş 55 yazının qiymətləndirilməsi prosesi aparılır.

Müsabiqənin yekun qiymətləndirmə və mükafatlandırma mərasimi 11 iyun 2025-ci il, saat 11:00-da, “Baku Marriott Hotel Boulevard” otelində baş tutacaq. Yekun tədbirə müsabiqədə iştirak edən 55 jurnalistin hər biri dəvətlidir. Qaliblərin adları da məhz 11 iyunda açıqlanacaq”.

araz.az xəbər portalı.