Partlayış «Azərkimya» İstehsalat Birliyinin Etilen-Polietilen zavodunun 11-ci sahəsinin etilen dənəvərləşmə 100/5 qurğusunda baş verib.

Arazpress.com-un məlumatına görə, həmin qurğunun yerləşdiyi 12 metr hündürlükdə qaynaq işləri aparılan zaman anidən partlayış baş verib.

Partlayış zamanı xəsarət alanlardan üç nəfər zavodun işçisi, iki nəfər isə kənardan dəvət olunmuş şəxsdir.

araz.az xəbər portalı.