Vəkillər Kollegiyasının müraciəti əsasında məhkəmənin qərarı ilə fəaliyyətinə xitam verilmiş qalmaqallı eks vəkil Sevil Hacıyeva bаrəsində yeni məhkəmə qərаrı çıxarılıb. 

Arazpress.com-a dаxil olаn məlumаtа görə, 07.05.2025-ci il tаrixində Xaçmaz Rayon Məhkəməsi Sevil Balasoltan qızı Hacıyevanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, qərаr qəbul edib. Qərara əsasən sabiq vəkil Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib. Onun barəsində  yeddi ay müddətində azadlığın  məhdudlaşdırılması cəzası təyin olunub.

Sevil Hacıyevanın cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00-dan, növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət  vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək tələbi qoyulub. O, həm də Bakı şəhərinin ərazi hüdudlarını tərk etməməlidir. Üzərinə müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri də qoyulub.

Cəzasını yaşayış yeri üzrə çəkəcək sabiq vəkilin cəza müddətinin əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanacaq.

Cəzasının icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə olunub. Onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri də seçilib.

Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb, icraya yönəldilənədək dəyişdirilmədən saxlanılacaq. 

araz.az xəbər portalı.