
“Azercell”in yeni qərarına əsasən, fakturasız xətt istifadəçiləri üçün xəttin 30 gün ərzində aktiv saxlanması üçün 5 manat ödəmə tələbi tətbiq olunub. Yeni qərar abunəçilərin narazılığına səbəb olub.
Arazpress.com xəbər verir ki, “Azercell” abonentləri yeni qərarı özbaşınalıq adlandırır. Emil Əliyev bildirib ki, “Azercell” bu açıq qanun pozuntusudur:
“”Azərcell”dən növbəti özbaşınalıq və müştərini rəyini rədd edən hərəkətlər. Deməli, tarif oldu-olmadı, fərq etmir, ən azı 30 gün xəttinin aktiv olması üçün ən azı 5 azn ödəməlisən.
Aylıq ancaq tarifə ödəsən hətt birtərəfli bağlanır. Deməli əgər adam 2 manatlıq tarifi istifadə edirsə hər ay 2 azn yox 5 azn vurmalıdı balansa. Ordan 2 azn çıxacaq tarifə. 3 azn qalacaq hesabda. Və belə hər ay 3 azn balansda 3+3+3+3 belə yığılacaq. Axırda bu pullar hara gedəcək, hamımız yaxşı bilirik. Zəng edib deyirsən, deyirlər, narazılıqınızı qeyd elədik, amma geri dönüş olmayacaq. Yəni “Xoşuna gəlmir get başqasına” deməkdir.
Deyirlər siz o pulları istifadə edə bilərsiz smslərə, zəngimselə və başqa şeylərə. Bax, sual verirəm, 60 yaşında adamın bunlar nəyinə lazımdır? Adam ancaq öz uşaqları ilə zəng edib danışmaq istəyir və bir az internet istifadə edir. Bu 3 azn yığılanda hər ay bu kişi hara istifadə edəcək ??? Tarifsiz də eləmək olmur və hətt 1 aylıq açıq olsun deyə məcburi ödəməlisən”.
Digər “Azercell” abunəçisi Məsumə Əkbərli də yeni qaydadan narazıdır:
“Ay ərzində mən 30 manat niyə yükləməliyəm ki? Xəttim açıq qalsın deyə? Biz ərəb şeyxi zadıq bəyəm?”.
Xatırladaq ki, bu qayda 1 iyul tarixindən qüvvəyə minəcək. /Tribunainfo.az/
Qarşı tərəfi dinləməyə biz də hazırıq.
araz.az xəbər portalı.