Ərəstun Əlisoyun özünəməxsus sahibkarlıq fəaliyyətini açıq şəkildə davam etdirdiyi bildirilir.

Azərbaycanda məmurların özəl sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları adi hala çevrilib. Sahibkarlıqdan dövlət qulluqçusuna keçən bəzi şəxslər isə qanunverciliyin qadağalarını heçə sayaraq, köhnə işlərini açıq yaxud dolayı yollarla davam etdirməkdədirlər.

Arazpress.com AzFakt.com-un əldə etdiyi məlumata görə bildirir ki, belə məmurlardan biri də Xəzər rayon Binə inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi vəzifəsini icra edən  Ərəstun Əlisoydur.

Bildirilir ki, sahibkarlıqdan dövlət qulluqçusu vəzifəsinə gələn Ərəstun Əlisoy köhnə işini olduğu kimi davam etdirir.

Belə ki, Binə qəsəbəsi, Hicran Hasilov küçəsində yerləşən «Verona Palace» restoranı Ərəstun Əlisoya məxsus olduğu iddia edilir. İcra nümayəndəsinin Binə qəsəbəsində xeyli sayda obyektinin olduğu deyilir.

Həmçinin «Verona Palace» restoranının yanında yerləşən Laçın super market kimi fəaliyyət göstərən obyektin də Ərəstun Əlisoya məxsus olduğu və icarə verildiyi iddia edilir. Bundan başqa Binə qəsəbəsində aparılan qanunsuz tikinti işlərinə də Ərəstun Əlisoyun nəzarət etdiyi deyilir.

Məsələ ilə bağlı münasibət öyrənməyə çalışan jurnalistin sorğusunu icra nümayəndəsi Ərəstun Əlisoy cavabsız qoyub.

araz.az xəbər portalı.