Ukrayna Rusiyanı quru yolla  Krıma bağlayan nəhəng  körpünü yenidən partladıb.

Arazpress.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Kəşfyyat  Xidmətinin məlumat yayıb.

Bildirilib ki, aylardır hazırlanan əməliyyat planı ilə Krım körpüsünün dayaqları minalanıb və nəhayət, bu gün partlayış həyata keçirilib:

“Bu gün yerli vaxtla saat 04:44 əməliyyat düyməsi basılıb və proses uğurla yekunlaşıb. Körpü artıq idarəolunmaz vəziyyətə düşüb…”.

Xatırladaq ki, Ukrayna kəşfiyyatı bundan əvvəl də bir-neçə dəfə körpüyə hücum edib də, arzulanan effekti ala bilməyib.

araz.az xəbər portalı.