
“Vəziyyətim yenə ağırlaşıb. Hər bir müsəlmandan və millətimdən dua istəyirəm”.
Arazpress.com bildirir ki, bu sözləri Muay-Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev sosial media hesabında yazıb.
İdmançı izləyicilərindən onun üçün dua etmələrini istəyib.
Qeyd edək ki, Araz Musayev bir neçə gün öncə Antalyada kürək nahiyəsindən bıçaqlanıb. O, təcili xəstəxanaya çatdırılaraq əməliyyat olunub.
araz.az xəbər portalı.