Keçmiş hərbi prokuror, Konstitusiya Məhkəməsinin hakimi Xanlar Vəliyev metroda görüntülənib.

Arazpress.com azxeber.com-a istinadən xəbər verir ki, o ötən gün axşam saatlarında metronun İçərişəhər stansiyasından istifadə edib.

Xatırladaq ki, 2005-ci il 10 fevral tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini — Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin edilən Xanlar Vəliyev 2025-ci il 8 aprel tarixinə qədər həmin vəzifədə çalışıb.

Xanlar Vəliyev daha sonra Konstitusiya Məhkəməsinə hakim təyin olunub və hal-hazırda bu vəzifədə çalışır. 

araz.az xəbər portalı.