
Doğma Vətənimizin dəyərli övladları, əziz oxucularımız!
Bu gün ən gözəl günümüzü yaşayırıq. Bu gözəl gündə Uca Yaradanın bəşəriyyət üçün hidayət yolu seçdiyi İslamın əsas bayramı –Müqəddəs Qurban Bayramı münasibəti ilə, səmimi duyğularla zəngin və dərin hörmət ifadəli təbriklərimizi Tanrı qarşısında bir daha Sizə çatdırmaq fürsəti qazandığımızı fəxarət olaraq qəbul etdiyimizi bildiririk.
Bu xoş hisslərlə də, Böyük Allah yolunda hər cür fədakarlığa hazırlığın, mənəvi kamilliyin, sarsılmaz vəhdətin, dünyanın hər bir yerindəki müsəlman qardaş-bacılarımızın həmrəylik və mənəvi birliklərinin rəmzi olaraq tarixdə əbədiləşən, ilahi mərhəməti və yüksək bəşəri amalları özündə ehtiva edən bu əziz bayrama aid ürəkdən gələn ən səmimi təbriklərimizi, ən xoş arzu və diləklərimizi sizinlə bərabər, doğma və yaxınlarınıza çatdırırıq. Tanrı mərhəməti böyüklü-kiçikli heç birinizin üstündən əskik olmasın.
Azərbaycan xalqının şəhid qəhrəman övladlarının nurlu xatirəsini bu Mübarək Bayram günlərində dərin ehtiramla yad edib, şərəfli adlarını heç zaman unutmayacağımızı, onların ailələrini, eləcə də qəhrəman qazilərimizi bir mətbu qurum kollektivi olaraq daim diqqətdə saxlayacağımızı bir daha bildiririk.
Ulu Yaradana daha yaxınlığın sevincini yaşadığımız bu nurlu bayram günlərində Böyük Allah adına kəsdiyiniz qurbanların, gördüyünüz xeyirxah işlərin, dövlətimizin tərəqqisi və xalqımızın əmin-amanlığı naminə etdiyiniz duaların, ülvi arzuların, pak niyyətlərin Tanrı dərgahında qəbulunu diləyirik. Möhkəm cansağlığı, ailə xoşbəxtliyi, əmin-amanlıq və ruzi-bərəkətli süfrələr hər birinizin nəsibi olsun.
Müqəddəs Qurban Bayramınız mübarək olsun!
“Araz” Media Qrupunun kollektivi adından:
Dərin hörmət və səmimi duyğularla,
Hüseyn ƏZİZOĞLU,
təsisçi və Baş redaktor.
araz.az xəbər portalı.