
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v62), quality = 68?
Srağagünün nəticələrinə əsasən, eyni anda üç komanda DÇ-2026-ya vəsiqə əldə edib.
Arazpress.com Fanat.Az-a istinadən xəbər verir ki, Özbəkistan, Cənubi Koreya və İordaniya yığmaları seçmə mərhələni adlayıblar. Beləliklə, artıq mundialda mübarizə aparacaq 10 komandanın adı məlumdur.
Siyahı belədir:
Kanada, Meksika, ABŞ, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya.
Özbəkistan və İordaniya yığmaları tarixdə ilk dəfə dünya çempionatında iştirak edəcəklər.
Sonda onu da qeyd edirik ki, 2026-cı ildə baş tutacaq futbol üzrə dünya çempionatında ümumilikdə 48 komanda mübarizə aparacaq.
araz.az xəbər portalı.