
ABŞ-nin Ohayo Universitetinin tədqiqatçılarına görə, Sakit okeanın dibindəki dərin dəniz çöküntüləri Yer kürəsinin qədim iqlimi haqqında mühüm məlumatları ehtiva edir və gələcək dəyişiklikləri proqnozlaşdırmağa kömək edə bilər.
Arazpress.com Teleqraf-a istinadən xəbər verir ki, araşdırmanın nəticələri “Paleoceanography and Paleoclimatology” (PP) elmi jurnalında dərc olunub.
Okeanların dərinliklərində Yerin əsl arxivləri yatır, söhbət milyonlarla il əvvəl okean həyatı və iqlimi haqqında məlumatları ehtiva edən dəniz çöküntülərindən gedir. Amma elm adamları bildirirlər ki, bu “təbii arxivlər” kifayət qədər öyrənilməyib, xüsusən də planetin ən böyük və ən dərini olan Sakit okeanın dibi.
Ohayo Universitetinin yer elmləri professoru Elizabet Qriffit deyir:
“Okean Yer kürəsinin üçdə ikisini əhatə edir, amma təəccüblüdür ki, biz hələ də bu barədə çox az şey bilirik”.
Tədqiqatda qeyd olunur ki, Sakit okeanın nəhəng ölçülərinə baxmayaraq, son 50 ildə milyonlarla il ərzində baş vermiş iqlim dəyişikliklərini izləməyə imkan verən cəmi bir neçə fasiləsiz çöküntü nüvəsi əldə olunub.
Professor Qriffit məlumatlardakı boşluqların dəqiq iqlim modellərinin qurulmasını çətinləşdirdiyini və Sakit okean Yüksəklikləri kimi tanınan ərazilərin – çöküntülərin yaxşı qorunduğu hissənin öyrənilməsinin xüsusilə vacib olduğunu söyləyir.
araz.az xəbər portalı.