
Avstriyanın paytaxtı Vyanada Azərbaycan və Ermənistan müxalifət partiyalarının iştirakı ilə “Qarabağ müzakirəsi” keçirilib.
Arazpress.com Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev sosial media hesabında paylaşım edib.
Razi Nurullayevdən başqa Müsavat Partiyasının Məclis sədri Arif Hacılı ilə da görüşə qatılıb.
Ermənistanı isə “İşıqlı Ermənistan” partiyasının sədri Edmon Marukyan və hakim “Vətəndaş Müqaviləsi” partiyasının üzvü, Ermənistan parlamentinin deputatı Arusya Culhakyan təmsil edib.Görüşü Avstriya Milli Müdafiə Akademiyasında “International Center for European Union Research”ün (Avropa İttifaqı Beynəlxalq Araşdırmalar Mərkəzi) təşkilatçılığı ilə keçirilib.
araz.az xəbər portalı.