
Rusiyanın Tula vilayətinin Novomoskovsk şəhərində azı beş güclü partlayış baş verib.
Arazpress.com xəbər evrir ki, bu barədə Rusiya teleqram kanalları məlumat yayıb.
Şəhər sakinləri beşdən səkkizə qədər partlayış səsi eşitdiklərini bildiriblər. Teleqram kanallarının məlumatına görə, pilotsuz uçuş aparatlarından (PUA) biri “Azot” kimya zavoduna düşüb.
Qeyd edək ki, bu müəssisə 24 mayda da Ukraynanın hücumu ilə üzləşmişdi. Həmin vaxt PUA-ların zavoda düşməsi nəticəsində 4-cü sexdə təbii qazla işləyən aşağı təzyiqli boru xətti alovlanmış, hər biri 750 tonluq iki azot turşusu çəni zədələnmişdi. Onlardan birindən azot turşusu yerə axmışdı. Hücum günü zavod tamamilə fəaliyyətini dayandırmışdı. /Bizim.Media/
araz.az xəbər portalı.