Hindistanın qərbində qəzaya uğrayan “Air India” aviaşirkətinə məxsus “Boeing 787” təyyarəsinin bir sərnişini sağ qalıb.

Arazpress.com Manset.az-a istinadən xəbər verir ki, bu haqda “ANI” portalı polisə istinadən məlumat yayıb.

“Polis 11A ünvanında bir sağ qalanı tapıb”, — deyə, hüquq-mühafizə orqanı rəsmisi bildirib. O, xəstəxanaya aparılıb.

“Hələlik ölənlərin sayı ilə bağlı heç nə demək mümkün deyil. Təyyarə yaşayış massivində qəzaya uğradığı üçün bu, arta bilər”, — polis əlavə edib.

araz.az xəbər portalı.