Tanınmış psixoloq Samirə Bağırova açıqlaması ilə diqqət çəkib. Arazpress.com xəbər verir ki, onun din barədə söylədikləri müzakirələrə səbəb olub.

Samirə Bağırovanın fikirlərinə sosial şəbəkə istifadəçiləri tənqidli rəylər yazıblar. Psixoloqsa düşüncələrini belə müdafiə edib:

 “Din deyə bir şey yoxdur. Əvvəldən bu barədə demişəm. Əslində isə “Daxili İntuisiya nəzəriyyəsi” romanımda belə ad qoymuşam. Sənin daxili intuisiyanın nəzəriyyəsidir. Bütün alimlər, Eynşteyn də gözəl bir söz deyib ki, zəka-ağıl yox, intuisiya önəmlidir. Ən dəqiq olan odur. Zəka və ağıl intuisiyanın quludur”.

araz.az xəbər portalı.