
İsrail kəşfiyyat agentliyində çalışan məxfi agent İran tərəfindən edam edilib.
Arazpress.com xəbər verir ki, İki Mossad zabiti ilə əlaqədə olduğu aşkarlanan və məxfi və həssas məlumatları İranın düşmənlərinə ötürməkdə günahlandırılan agentin edam edilməsi İsrailin casus şəbəkəsinə “böyük kəşfiyyat zərbəsi” kimi elan edilib.
Mizan Online xəbər verib ki, şübhəli İsmayıl Fikri İranın “düşmənlərinə” məxfi və həssas məlumatlar verdiyi üçün edam edilib.
O, 2023-cü ilin dekabrında İran rəsmiləri tərəfindən həbs edilib və ona qarşı ittiham irəli sürülüb. /Turkustan.az/
araz.az xəbər portalı.