
“Şərur” MTK-nın sahibi, iş adamı İsfəndiyar Axundov Göygöl rayonunun Toğanalı kəndində yeni istirahət mərkəzinin açılışını edib.
Arazpress.com xəbər verir ki, bu barədə Gencexeber.az məlumat yayıb.
Qeyd olunub ki, Göygöl Milli Parkına yaxın ərazidə yerləşən yeni otel eyni anda 150 qonaq qəbul etmək imkanına malikdir.
Onu da qeyd edək ki, müəssisənin fəaliyyətə başlaması ilə bölgədə 21 nəfər daimi iş yeri ilə təmin olunub.
araz.az xəbər portalı.