
Müdafiə Nazirliyi Mətbuat Xidmətinin sabiq rəisi, polkovnik, şair-publisist Ramiz Məmməd oğlu Məlikov uzun sürən xəstəlikdən sonra, iyunun 19-da 87 yaşında dünyasını dəyişib.
Arazpress.com xatırladır ki, Ramiz Duyğun kimi ictimaiyyətin yaxşı tanıdığı bu gözəl insanın ölümü barədə sosial mediada məlumat yayılıb.
“Araz” Media Qrupunun kollektivi adından mərhumun ailəsinə və yaxınlarına, onu sevənlərə səbr diləyirik. Allah rəhmət eləsin, yeri behişt olsun, qəbri nurla dolsun!
araz.az xəbər portalı.