
İsrail İranla müharibənin 7-ci gününü çox şiddətli başlayıb və öncə, Arak nüvə obyektini hədəfə alıb. İran ordusu isə, guya, buna çox ağır cavab verib.
Arazpress.com xəbər verir ki, Soroka xəstəxanasını raketlərlə vuran İran ordusunun ikinci hədəfi İsrailin birja binası olub. Ərazidən yayılan görüntülərdə birja binasının dağıntıları yayımlanıb. Ordu fərəh hissi keçirir ki, İranın bu səhər həyata keçirdiyi hücumlarda, ilkin məlumata görə, azı 65 nəfər mülki şəxs yaralanıb.
Hələ bu harasıdır: İran sevincək aləmə car çəkir ki, İsrail bu savaşda 24 milyard dollarını itirib. Arazpress.com-a açıqlama verən bir iqtisadi ekspert isə gülərək deyir ki, “A bədbəxtlər, bu İsrail üçün nə puldur ki?!. Heç, kiçik bir yaşayış məntəqəsinin bir kvartallıq büdcəsi də deyil…”.
araz.az xəbər portalı.