
Rusiya Liberal Demokrat Partiyasının yaradıcısı Vladimir Jirinovskinin Yaxın Şərqlə bağlı illər öncəki proqnozu gündəm olub.
Arazpress.com bildirir ki, Globalinfo.az-ın verdiyi xəbərə görə, bu barədə Çinin “Baijiahao” nəşri xatırlatma edib.
Bildirilib ki, vaxtilə partiya lideri İranla İsrail arasında münaqişənin kəskinləşməsi ilə bağlı proqnoz verib:
“Onun bəyanatları inanılmaz səslənirdi, lakin reallığa çevrildi. Jirinovski hər şeyi dəqiq görə bilirdi. Siyasətçi beynəlxalq münasibətlərə bələd olub. Ona görə də onun açıqlamaları öyrənilməlidir”.
Nəşrin məlumatına görə, Jirinovski 2019-cu ildə qeyd edib ki, Yaxın Şərqdə hadisələrin inkişafı qlobal qarşıdurmaya səbəb ola bilər:
“Bir televiziya verilişinin efirində o, İran və İsrailin iştirak etdiyi münaqişənin əvvəlki yerli müharibələrdən qat-qat böyük olacağını və bütün dünyaya təsir edəcəyini deyib. O, həmçinin iddia edib ki, ABŞ NATO ölkələrini səfərbər edəcək və İranı qorxulu, lokallaşdırılmış silahlarla bombalamağa başlayacaq”.
araz.az xəbər portalı.