Arazpress.com xəbər verir ki, Dövlət Təhlükəsizlik Xidməti Qax rayonunda əməliyyat həyata keçirib.

Əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevlə birlikdə müavinləri Elbrus Tağıyev və Vəfa Heydərova da saxlanılıb. Onlar rüşvət almaqda, mənimsəmədə və vəzifə səlahiyyətlərini aşmada şübhəli bilinirlər.

Qeyd edək ki, Musa Şəkiliyev bu vəzifəyə 2010-cu ildə təyin olunmuşdu. O, Azərbaycan Respublikasının Baş nazirinin köməkçisi Əhməd Əhmədzadənin xalası oğludur.

Teleqraf-ın əldə etdiyi məlumata görə, Musa Şəkiliyevin Qax rayonunun Əlibəyli və Ağyazı kəndlərində böyük qarğıdalı, badam plantasiyaları, Qax şəhərində isə, bir-neçə obyekti var.

Musa Şəkiliyevin adı şübhəli tender əməliyyatlarında da hallanır.

araz.az xəbər portalı.