“Hizbullah”ın keçmiş Baş katibi Həsən Nəsrullahın mühafizəçisi Əbu Əli əl-Xəlil də Tehranda hava hücumu nəticəsində öldürülüb.

Arazpress.com xəbər verir ki, bu barədə “Al-Arabiya” “Hizbullah” mənbələrinə istinadən xəbər verir.

Məlumata görə, Həsən Nəsrullahın yaxın köməkçisi və mühafizəçisi Əbu Əli Xəlil İranda hava hücumu nəticəsində oğlu ilə birlikdə öldürülüb.

Qeyd edilib ki, Əl-Xəlil onilliklər ərzində Nəsrullahın şəxsi mühafizəçisi olub.

Tehranın meri isə deyib ki, Livanın “Hizbullah” hərəkatının rəhbəri Həsən Nəsrullahın ölümünə zəhər səbəb olub.

Şəhər meri Əlirza Zakani xatırladıb ki, İsrail Livanda kiçik bir əraziyə bir ton ağırlığında 80 bomba atıb.

“Həm ağıllı, həm də dərin partlayışlara səbəb olan bombalar, eləcə də zəhərli maddələr buraxıb. Bomba partlayışları ilə birlikdə buraxılan zəhərli maddələr “Hizbullah” lideri Həsən Nəsrullahın ölümünə səbəb olub”, –– deyə, Zakani vurğulayıb.

araz.az xəbər portalı.