
Arazpress.com-un əldə etdiyi məlumata görə, Türkiyənin tanınmış tənqidi media nümayəndələrindən biri, jurnalist Fatih Altaylı saxlanılıb. Onun barəsində “prezidenti təhdid etmə” maddəsi ilə araşdırma başlanılıb.
İstanbul Baş Prokurorluğundan bildirilib ki, F. Altaylı özünün “YouTube” kanalında bu il iyunun 20-də Prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alan təhdid məzmunlu ifadələr işlədib.
araz.az xəbər portalı.