Prezident İlham Əliyevin bacısı Sevil Əliyevanın oğlu Azər Əliyevin toyu olub. Arazpress.com da bu barədə yazı dərc edib. Yazıda qeyd olunub ki, toy şənliyi dünən axşam “Cea Breeze”-də yerləşən restoranlardan birində baş tutub.

Mərasimdə dövlət başçısının ailə üzvləri, Azər Əliyevin yaxın qohumları və dostları iştirak edib.

Arazpress.com-un əldə etdiyi başqa bir məlumata görə, Azər Əliyev Züleyxa Rüstəmova adlı xanımla evlənib. O, “Pasha Holding”ə məxsus “Pashabank”da işləyir.

Məlumata görə, Züleyxa Rüstəmova AzTV-nin vaxtilə diktoru olmuş, Azərbaycan SSR-in xalq artisti Fatma Cabbarova və Sabir Rüstəmovun nəvəsidir.

Sonda bir daha onu xatırladırıq ki, bu toy mərasimi ilə bağlı sosial şəbəkələrdə paylaşımlar edilməyib. 

araz.az xəbər portalı.