Ermənistanda Şirak yeparxiyasının iqamətgahında aparılan axtarışlardan sonra vətəndaşlar əraziyə toplaşıb. Nəticədə qarşıdurma yaranıb.

Arazpress.com xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti ərazidən geri çəkilmək qərarına gəlib.

Bununla bağlı qurum bəyanat yayıb.

“Ermənistan Milli Təhlükəsizlik Xidməti bütün vətəndaşları vəziyyəti gərginləşdirməkdən çəkinməyə və hüquq-mühafizə orqanlarının qanuni qərarlarının icrasına mane olmamağa səsləyir. Biz arxiyepiskop Mikael Ajapahyanı hüquq-mühafizə orqanlarından gizlənməməyə çağırırıq.

MTN ictimai asayişin və təhlükəsizliyin təmin edilməsi ilə bağlı qanunla müəyyən edilmiş funksiyalarını yerinə yetirməkdə davam edir. Hüquq-mühafizə orqanlarının qanuni hərəkətlərinə mane olma hallarına hüquqi qiymət veriləcək”, – deyə, qurum əlavə edib.

araz.az xəbər portalı.