Ölkə mediasının verdiyi məlumata görə, paytaxta aid Baksol deyilən yerdə gənc oğlan təhlükəli vəziyyətdə olan kanalizasiyaya düşüb və onun meyitini tapmaq mümkün olmur. 

Arazpress.com-un əldə etdiyi məlumata görə, nəhayət, Bakının Binəqədi rayonundakı “Baksol yolu” adlanan ərazidə kanalizasiyaya düşən həmin gəncin meyitini tapmaq mümkün olub.

Son anda verilən məlumata görə, onun meyiti Hövsan qəsəbəsinin ərazisində aşkar olunub.

Qeyd edək ki, hadisə iyunun 26-da baş verib, 27 yaşlı Cümşüd Cümşüdlü ərazidən keçərkən yolda çökmə baş verib və o, kanalizasiya kollektoruna düşüb.

araz.az xəbər portalı.