İraqda Türkiyə Silahlı Qüvvələrinin beşinci komando taboruna pilotsuz uçuş aparatları vasitəsilə hücum olub, 10 hərbçi yaralanıb.

Arazpress.com report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan deputat Şamil Tayvar deyib.

O bildirib ki, hücumun PKK terror təşkilatının təşkil etdiyi ehtimal olunur.

Deputatın sözlərinə görə, yaralananlar arasında zabitlər də var və hərbçilər xəstəxanaya yerləşdiriliblər.

araz.az xəbər portalı.