
Bütöv Azərbaycan Ocaqlarının Rusiya Federasiyasının Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarla bağlı
BƏYANATI
Məlum olduğu kimi, 27 iyun tarixində səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın olub. Basqın zamanı soydaşlarımız xüsusi qəddarlıqla qətlə yetiriliblər.
Həmvətənlərimizin bəziləri xüsusi amansızlıqla döyülərək, ağır bədən xəsarətləri nəticəsində yaralanıb, habelə 9 nəfər saxlanılıb.
Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq, biz, Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının vandalizm hərəkətlərini hiddətlə qınayır, Rusiya hökuməti tərəfindən məsələ ilə bağlı təxirəsalınmaz araşdırılma aparılmasını və bu qəbuledilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini tələb edirik.
Azərbaycan hökumətindən isə, Bakıda fəaliyyət göstərən rusdilli orta və ali təhsil müəssisələrinin bağlanmasını xahiş edirik.
araz.az xəbər portalı.