Qərbi Azərbaycan əyalətinin Sulduz (Nəqədə) şəhərindən olan mədəni fəal və rejissor Əli Qıpçaq həbs edilib.

Arazpress.com bildirir ki, bu haqda onun yaxınlarının məlumat yaydığını Ajans.az ciddi xəbər olaraq ictimaiyyətin diqqətinə çatdırıb.

Bildirilib ki, rejissor iyunun 25-də saxlanılsa da, onun həbsi barədə bu gün ailəsinə məlumat verilib.

Mədəni fəalın həbs səbəbi hələ də açıqlanmayıb.

araz.az xəbər portalı.