Bu gün Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT, ECO) 17-ci Zirvə Görüşü keçirilir.

Xankəndidə keçirilən bu beynəlxalq sammit siyasi, iqtisadi və mənəvi baxımdan Azərbaycanın suverenliyini və regional çəkisininümayiş etdirən çoxqatlı bir mesajdır. Birinci onu qeyd edək ki, İƏT-ın siyasi nüfuzu iqtisadi çəkisindən xeyli böyükdür. Təşkilata üzv olan ölkələr dünya əhalisinin təxminən 8 faizini təşkil edir.

Onların ümumi nominal ÜDM-si 2,6 trilyon dollar civarındadır. Bu, qlobal iqtisadiyyatın 8–9%-nə yaxın olsa da,təşkilatn siyasi və geo-iqtisadi çəkisi bu faizlə ölçülə bilməz. İƏT-in üzvləri həm enerji bazarlarında, həm nəqliyyat dəhlizlərində, həm də regional təhlükəsizlik məsələlərində söz sahibi olan dövlətlərdir. Son on ildə təşkilata üzv ölkələrdə iqtisadi artım qlobal ortalamanı 1 faiz bəndindən daha çox üstələmişdir. Bu göstərici regionun artan dinamizmini ortaya qoyur.

O ki, qaldı Zirvə Görüçünün gündəliyinə, tədbirdə müzakirə olunan mövzular Azərbaycanın elan etdiyi milli prioritetlərə tam uyğundur. Burada regional ticarət, rəqəmsal gömrük sistemləri, nəqliyyat infrastrukturunun genişləndirilməsi, enerji təhlükəsizliyi, iqlim dəyişikliklərinə qarşı birlik və s. mövzular müzakirə ediləcəkdir.

Yeri gəlmişkən Azərbaycaın n ev sahibliyindənbaşqa həm də bir yolgöstərən mövqedə olacağı şübhəsizdir. Əlqərəz, bu Zirvə Görüşü diplomatiyanın xəritəsində baş verən dəyişikliyin simvolu hesab edilə bilər və ən əsası bu dəyişikliyin önündə Azərbaycan gedir.

Eldəniz ƏMİROV,
iqtisadçı.

araz.az xəbər portalı.