“Kremlin Azərbaycana qarşı növbəti informasiya diversiyası!!! Diqqətli olaq. İndi də Putinin yaxın dostu, Kreml kooperativinin öncüllərindən biri və “Azərbaycanın İvanişvilisi” layihəsinin baş icraçısı İlham Rəhimov mövzusu informasiya məkanımıza atılıb”.

Arazpress.com xəbər verir ki, bu sözləri haqqın.az saytının rəhbəri, jurnalist Eynulla Fətullayev Feysbuk-dakı səhifəsində yazıb.

Onun iddiasına görə, Kremlin daha bir adamının (müəlif burada heyvan adı yazıb — red.) xilaskar və alicənab surəti yaradılır:

“Guya məhz bu şəxsdən Rusiyada yaşayan azərbaycanlıların taleyi asılıdır. Heç şübhə etmirəm ki, bu Rusiya xüsusi xidmət orqanlarının laboratoriyalarında hazırlanmış siyasi texnolagiyadır. Və digər MDB ölkələrində, o cümlədən Ermənistanda və Gürcüstanda buna oxşar layihələr gerçəkləşdirilib. Rusiyada azərbaycanlılara qarşı diskriminasiya siyasətinin başında kim dayanıb? Əlbəttə, Vladimir Putin! Bəs onun dostu və silahdaşı azərbaycanlıları necə xilas edə bilər??? Bəs İlham Rəhimovun xilaskar obrazını Azərbaycan cəmiyyətinə sırıyan qüvvələr bunu anlayırmı?”. /mia.az/

araz.az xəbər portalı.