9 il əvvəl, 5 iyul 2016-cı il tarixində təbii resursları sosial rifaha və dayanıqlı inkişafa çevirmək məqsədilə yola çıxan “AzerGold” QSC qızıl və gümüşün yerli və xarici bazarlarda satışını uğurla həyata keçirərək, ölkə iqtisadiyyatına töhfə verməyə davam edir.

Bu barədə qurumun Mətbuat Xidmətinin məlumatına əsasən Arazpress.com bildirir ki, Səhmdar Cəmiyyəti fəaliyyət dövrü ərzində 522 711 unsiya qızıl, 988 717 unsiya gümüşün yerli və beynəlxalq bazarlarda satışını həyata keçirib.

araz.az xəbər portalı.