
Ölkəmizin dağ-mədən sənayesini uğurla təmsil edən “AzerGold” QSC fəaliyyət göstərdiyi 9 il ərzində qiymətli metalların daxili və xarici bazarlarda satışından ümumilikdə 1 milyard 690 milyon manatdan çox gəlir əldə edib.
Bu barədə qurumun Mətbuat Xidmətindən Arazpress.com-a daxil olan məlumatda deyilir ki, bu məbləğin 1 milyard 592 milyon manata qədəri ixrac əməliyyatları, 98 milyon manatdan çox hissəsi yerli bazarda topdan və pərakəndə satış hesabına formalaşıb.
araz.az xəbər portalı.