
Çeçen siyasətçi və hüquq müdafiəçisi Ruslan Kutayev Rusiyada Azərbaycan və azərbaycanlılara qarşı artan təzyiqlərlə bağlı ictimaiyyətə müraciət ünvanlayıb.
Arazpress.com bildirir ki, R. Kutayev həm çeçen xalqına, həm də Rusiya cəmiyyətinə səslənərək, bu cür ayrı-seçkilik və təxribatlara qarşı susmamağa dəvət edib.
R. Kutayev Rusiyada yaşayan müsəlmanlara, eləcə də ruslara müraciətində onları azərbaycanlıları “Rusiyadakı cinayətkar rejimin hücumlarından” qorumağa çağırıb.
araz.az xəbər portalı.