
“Təzadlar” hələ on gün əvvəl yazmışdl ki, üç rəsmi hesab edilən qəzetinin təşkilati hüquqi forması dəyişdirilib. Artıq bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Dövlət başçısının imzaladığı sənədə əsasən, Prezidentin İşlər İdarəsinin tabeliyində olan “Bakinski raboçi” qəzetinin redaksiyası əsasında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində “Bakinski raboçi” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılır. Bundan başqa, Prezidentin İşlər İdarəsinin tabeliyində olan “Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyalarının birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində “Xalq” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılır.
Xatırladaq ki, “Xalq qəzeti” ilə “Respublika” qəzetinin kollektivi birləşdiyindən xeyli ixtisarlar aparılıb və Əflatun Amaşobv birləşmiş qəzetin-“Xalq qəzeti” MMC-nin Baş redaktoru, “Respublika”nın Baş redaktoru Hümbət Əliyev isə, onun müavini təyin edilib.
Lakin “Azərbaycan” qəzeti ilə bağlı vəziyyət müəmmalı qalır. Mediada bu qəzetin redaksiyasındakı qalmaqallar, hətta prezidentin barəsində dərc edilmiş məqalələrdəki ciddi səhvlər, qüsurlar və s. barədə çox yazılıb.
Keçmiş deputat, qəzetin Baş redaktoru Bəxtiyar Sadıqov isə PA-nın keçmiş rəhbəri Ramiz Mehdiyevin cani-dildən təbliğatçısı kimi tanınır. Onun bir vaxtlar “Azərbaycan” qəzetini Ramiz Mehdiyevin şəxsi tribunasına çevirdiyi də, hər kəsə məlumdur. /Təzadlar/
araz.az xəbər portalı.