
“Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyinin (BQRTM) sədri Rauf Zeyni QHT.az saytını 10 illik yubileyi münasibətilə təbrik edib.
Arazpress.com təbrikin mətnini olduğu kimi təqdim edir:
“Əziz dostlar, hörmətli QHT.az kollektivi, başda Cəsarət müəllim olmaqla, bütün hamınızı QHT.az-ın 10 illik yubileyi münasibətilə Bakı İctimai Əməkdaşlıq Mərkəzi, İctimai Nəzarət Mərkəzi kollektivi və şəxsən öz adımdan təbrik edirəm.
Sizə böyük uğurlar və davamlı nailiyyətlər arzu edirik. QHT.az saytı 10 il ərzində vətəndaş cəmiyyətinin bütün sahələrində flaqmanına çevrildi və bir sayt olaraq, bir media orqanı olaraq bütün vətəndaş cəmiyyətinin və QHT hərəkatının ümid yeri oldu. Vətəndaş cəmiyyətinin inkişafı baxımından məlumatların yayılması və ictimailəşdirilməsi sahəsində çox böyük işlər gördü, buna görə də vətəndaş cəmiyyətinin həqiqi mənada liderinə çevrildi.
Bu baxımdan QHT.az saytının xidmətlərini vətəndaş cəmiyyəti olaraq yüksək qiymətləndiririk və inanırıq ki, bundan sonrakı onilliklərdə də QHT.az saytı öz üzərinə düşən tarixi missiyanı ləyaqətlə və şərəflə yerinə yetirəcək. Bir daha yubileyinizi təbrik edir, hər birinizə və bütövlükdə kollektivimizə böyük uğurlar arzulayırıq”.
araz.az xəbər portalı.