Rusiyaya 7 milyard dollarlıq ziyan vuran polkovniki öldürən azərbaycanlı… 

FSB Rusiyaya 7 milyard dollarlıq ziyan vuran polkovniki öldürdü. Putinin əmri ilə… Qatillərdən biri 34 yaşlı azərbaycanlı qadındır?

Arazpress Elbəyi Həsənlinin yazdıqlarına istinadən bildirir ki, Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki İvan Voroniç (Ивана Воронич) Kiyevdə Rusiya Federal Təhlükəzislik Xidmətinin (FSB) 2 əməkdaşı tərəfindən öldürülüb. Qətl səsboğucu tapançadan istifadə etməklə həyata keçirilib.

Sitat:

“…Böyük Britaniyanın “standard.co.uk” saytı yazır ki, Vladimir Putinin əmri ilə İvan Voroniçi öldürmək üçün Kiyevə qadın və kişidən ibarət 2 nəfərlik qrup göndərilib. Onlar İvan Voroniçə bir-neçə güllə vurublar. O, aldığı yaralardan hadisə yerindəcə keçinib. O da maraqlıdır ki, qətilərdən biri 34 yaşlı Nərmin Quliyevadır. O, əri Xəqani Gülalizadə ilə birlikdə qətldə iştirak edib. Onlar azərbaycanlıdır.

Britaniya nəşri bildirir ki, İvan Voroniç Rusiyada həyata keçirilmiş məşhur dron hücumunun planını cızanlardan biridir. Həmin hücum zamanı Rusiyaya 7 milyard dollarlıq ziyan dəymişdi. Sayt bildirir ki, mərhum Voroniç Ukrayna Xüsusi Əməliyyat Mərkəzinin 16-cı İdarəsinin 1-ci bölməsinin böyük əməliyyatçısı idi”.

Ər-arvadın qəsdən Azərbaycan mənşəli olması barədə deyilənlər şübhə doğurur. Belə ki, Rusiya Azərbaycanla olan indiki “soyuq müharibə” şəraitində acıq çıxmaq və Ukrayna ilə Azərbaycanın yaxşı münasibətlərinə kölgə salmaq üçün çox ehtimaldır ki, həmin ər-arvada Azərbaycanlı ad və soyad təşkil ediblər. Hər halda, bunun üstü mütləq açılacaq.

araz.az xəbər portalı.