
İsveç silahlı qüvvələrinin keçmiş zabitləri üçün çağırış yaşı 47-dən 70-ə qaldırılmalıdır.
Arazpress.com xəbər verir ki, bu barədə milli silahlı qüvvələrin gələcək kadr təminatı məsələsini araşdıran hökumət komissiyasının rəyində deyilir.
Bildirilir ki, bu, növbəti illər üçün nəzərdə tutulan silahlı qüvvələrin genişmiqyaslı gücləndirilməsi ilə bağlıdır. Parlament partiyaları illik büdcənin artırılmasına əlavə olaraq 300 milyard kron (31,4 milyard dollar) ayırmağa razılaşıblar.
Qeyd edək ki, hazırda hərbi xidmətdə olmuş və ya hərbi təhsil almış şəxslər 47 yaşa qədər çağırıla bilər. Sonuncu hərbi hazırlıq keçdikdən sonra 10 ildən artıq müddətdə hərbi xidmətdə olanlar hərbi qeydiyyatdan çıxarılır. Bu qaydanın tətbiqindən sonra minlərlə keçmiş hərbi qulluqçu çağırış siyahılarından çıxarılıb.
Komissiya yeni vəziyyətlə əlaqədar olaraq bu qaydadan imtina etməyi və keçmiş zabitlər üçün çağırış yaşının 47-dən 70-ə qaldırılmasını təklif edir. Söhbət müddətli həqiqi hərbi xidmətdə olan və ya azı bir il ehtiyatda olan hərbi qulluqçulardan gedir.
İlkin hazırlıq keçən çağırışçıların sayının artırılması ilə bağlı artıq qərar qəbul edilib. Müdafiə Nazirliyinin son qərarına əsasən, 2030-cu ilə qədər ən azı 10 min çağırışçı qəbul edəcək. Daha sonra onların sayı ildə 12 minə çatdırılacaq. /publika.az/
araz.az xəbər portalı.