
Əvvəllər tullantı hesab edilən, lakin bu gün “təbiətin super qidası” kimi tanınan arı çörəyi (güləm) arıçılar üçün yeni gəlir mənbəyinə çevrilib.
Arazpress.com konkret.az-a istinadən xəbər verir ki, bir çay qaşığında bir kilo ətə bərabər zülal ehtiva etdiyi bildirilən bu məhsulun kiloqramı hazırda 3 min TL-yə (128 manat) satılır.
Bal istehsalçıları bildirirlər ki, arıların bitkilərdən topladıqları tozcuqları pətəklərə daşıyıb fermentasiya etməsi ilə əldə edilən arı çörəyi zəngin amin turşusu və protein tərkibi ilə seçilir. Tərkibində 22-23 növ amin turşusu olan bu qida uşaqların inkişafı, pəhriz saxlayanlar və səhhətini gücləndirmək istəyənlər üçün tövsiyə olunur.
25 ildir arıçılıqla məşğul olan Engin Ekinci bildirir ki, bir-neçə il əvvəl arı çörəyi zibilə atılırdı:
“Arı çörəyi olmasa, arı da olmaz. Bu, arıların və təbiətin əsas xammalıdır. Müxtəlif çiçəklərdən alınan bu qida ağciyər xəstəlikləri, prostat və oynaq ağrılarına qarşı faydalı hesab olunur” .
Hazırda yerli arıçılar bu məhsulun istehsalına maraq göstərir və bazarda artan tələbat səbəbilə qiyməti də yüksəlməkdə davam edir.
araz.az xəbər portalı.